Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya lideri Vladimir Putinlə görüş üçün mümkün məkan ola biləcəyini irəli sürüb.
Zefer.media xəbər verir ki, o bu barədə İtaliyanın “RAI” radiosuna deyib.
“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var – Yaxın Şərqdə, Avropada, ABŞ-da”, – o bildirib.
Zelenskinin sözlərinə görə, danışıqlar Amerika tərəfinin iştirakı ilə üçtərəfli formatda davam etdiriləcək. Lakin Kiyev rejiminin lideri bu təşəbbüsün həyata keçirilməsi üçün müddət müəyyən etməyib. Bundan əlavə, Amerika lideri bir daha Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasından imtina edib.
Xatırladaq ki, aprelin 6-sı Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar prosesi hazırda dayandırılıb , çünki Amerika tərəfi çox yüklənib və bu formatda görüşmək çətindir. O, söyləyib ki, amerikalılarla informasiya mübadiləsi mövcud kanallar vasitəsilə davam edir.
Zərintac Mayisqızı

















