• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Vardanyan Azərbaycanda əsgərlikdən necə qaçıb?

18 Fevral, 26 / 9:45
A A

Əsl soyadı Keşiş Balyan olan erməni separatçı indi ölkəmizdə 20 il həbs cəzası çəkməyə məhkumdur…

Fevralın 17-də Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olunub.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında R.Vardanyan 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək qanunsuz olaraq Qarabağa gələn Vardanyanın “müstəqil artsax uğrunda mübarizəsi”nin sonu 20 illik həbs cəzası ilə nəticələndi.

“Rusiyanın adamı” olması haqda onun burnu Xankəndində görünəndən deyilirdi, sonra rəsmi şəkildə də bəyan edildi. O isə bu ittihamları Rusiya vətəndaşlığından imtina etməklə “təmizləmək” istədi, sonra Azərbaycan onun istefasına da nail oldu. Bu artıq ona xəbərdarlıq olmalı idi, amma Vardanyan getmədi və Azərbaycana qarşı revanşist bəyanatlar verməkdə davam etdi. Yalnız antiterror əməliyyatdan 1 ay, ayyarım əvvəl Vardanyan artıq isterik vəziyyətdə idi və gah Paşinyanı, gah separatçıları günahlandırırdı. Bu artıq Vardanyanın aqoniyası idi. Ən son açıqlamasını antiterror əməliyyatından sonra vermişdi. Vardanyan demişdi ki, “erməni silahlıları az qala şir kimi döyüşürdülər, döyüşəcəklər də”.

Vardanyanla Azərbaycanı bağlayan maraqlı faktlar var. Məsələn, Vardanyan MDU-nun birinci kursunu bitirəndən sonra əsgərliyə çağırılıb və Azərbaycanda hərbi hissələrin birinə düşüb.

Özü vaxtilə bu barədə belə danışıb: “Mən Moskva Dövlət Universitetinə qəbul olmuşdum. Birinsi kursdan sonra başqa uşaqlar kimi məni də orduyu götürdülər. Mən Azərbaycana düşdüm. Onda Azərbaycanla Ermənistan arasında müharibə yox idi, amma münasibətlər artıq gərgin idi. Bakıda məni bir erməni praporşik qarşıladı və dedi: ”Ermənistanda xidmət eləmək istəyirsən?” Mən dedim: “İstəyirəm”. O dedi: “300 rubl ver, gedərsən”. Mən: “Yanımda bu qədər pul yoxdur”. O dedi: “Yaxşı, 50 bəsdir”. Cavab verdim: “Mənim yalnız 27 rubl pulum var”. O isə “Bu artıq həyasızlıqdır” dedi və getdi. Onda mənimlə birlikdə qatarda gələn uşaqlar mənə dedilər: “Biz hərəmiz üç rubldan yığmışıq. Götür bu pulu və get Ermənistanda xidmət elə”. Mən həmin 23 rublu bütün həyatım boyu unutmaram”.

Beləliklə, Vardanyanın xidmət yerini Ermənistana dəyişiblər. SSRİ dövründə öz ölkəndə xidmət etmək nadir hallarda ola bilərdi, necə olubsa, Vardanyana bu qismət olub.

İkinci maraqlı fakt onun soyadı ilə bağlıdır, bunu da özü açıqlayıb. Vardanyanın dediyinə görə, ana tərəfdən gürcü qanı var. Babası və babasının bacısı Türkiyədən köçürüləndə kiçik yaşlı olublar və bir erməni kəndinə gəlib çıxıblar. Onlardan soruşublar ki, atanızın adı nədir, onlar da “Vardan” deyiblər. Vardanyanlar belə artıb, amma özü deyib ki, sonralar kökünü axtarmağa çalışıb. Öyrənib ki, soyadları əslində Keşiş-Balyandır…

Beləcə, Azərbaycanda əsgərlikdən yayınan Keşiş Balyan indi 20 il həbs cəzasını çəkməyə məhkumdur… (“Yeni Müsavat”)

Bənzər Xəbərlər

Manşet

26 avqust həm də Laçın şəhəri günüdür

Avqust 26, 2026
Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqust 26, 2026
Manşet

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Avqust 26, 2026
İdman

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Avqust 26, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşıb – FOTOLAR

Avqust 25, 2026
Siyasət

"Bakı–Daşkənd qardaşlığı QHT və media sahəsində də inkişaf etdirilməlidir" - Bəhruz Məmmədzadə

Avqust 25, 2026

XƏBƏR LENTİ

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

26 Avqust, 26 / 12:30

Adam Kadırov Abxaziyanın müdafiə nazirliyinin medalı ilə təltif olunub

26 Avqust, 26 / 12:23

Marbellada nəhəng tuna balığı istirahət edənləri qorxuya salıb — onu köpəkbalığı hesab ediblər

26 Avqust, 26 / 12:19

26 avqust həm də Laçın şəhəri günüdür

26 Avqust, 26 / 12:16

İsrail qüvvələri 16 min fələstinli qaçqına xidmət göstərən UNRWA mərkəzlərinə basqın edib

26 Avqust, 26 / 12:10

Rusiyada 14 yaşlı qızı çəkdiyi rəsmləri silməyə məcbur ediblər

26 Avqust, 26 / 12:03

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

26 Avqust, 26 / 11:59

Koçaryan və Sarkisyanın cəzalandırılmasında Bakı iştirak edə bilər - Siyasi şərhçi

26 Avqust, 26 / 11:52

ABŞ şirkəti Rusiyaya görə təyyarəni Ermənistan aviaşirkətinə vermədi

26 Avqust, 26 / 11:45

Bu gün Mehriban Əliyevanın doğum günüdür

26 Avqust, 26 / 11:39

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.