Dünya

Türkiyənin sərnişin təyyarəsində eniş zamanı yanğın olub

11 May 2026, 12:011
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Nepalın paytaxtı Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanında Türk Hava Yollarına məxsus sərnişin təyyarəsində eniş zamanı yanğın baş verib.

Zefer.media-nın əldə etdiyi məlumata görə, İstanbul-Katmandu reysini həyata keçirən “Airbus A330” tipli təyyarənin eniş zamanı şassisinin təkərlərinin alışdığı bildirilib.

Hadisədən sonra göyərtədə olan 277 sərnişin və 11 heyət üzvü təcili təxliyə edilib.

Rəsmi məlumata görə, yanğın qısa müddətdə söndürülüb və sərnişinlər arasında ciddi xəsarət alan olmayıb. Hadisə səbəbindən Katmandu hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

Türk Hava Yolları ilkin ehtimala görə tüstünün hidravlik sistemdəki texniki nasazlıqdan qaynaqlandığını açıqlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600