Banner

Trampdan İrana yeni xəbərdarlıq: “Razılaşma olmasa, yeni ildən sonra müharibəni bərpa edəcəyik”

23 Noyabr 2026, 10:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə yeni ildən sonra hərbi əməliyyatların yenidən başlana biləcəyini bildirib.

Zəfər.media xəbər verir ki, Trampın sözlərinə görə, hazırda İranın Vaşinqtonla razılaşma əldə etməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.

ABŞ lideri Tehranın mövqeyində dəyişiklik baş verməyəcəyi təqdirdə hərbi qarşıdurmanın yenidən alovlana biləcəyinə işarə edib.

Trampın bu açıqlaması ABŞ-İran münasibətlərində diplomatik danışıqların perspektivi və regionda hərbi eskalasiya ehtimalı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Qeyd edək ki, açıqlamada mümkün razılaşmanın şərtləri və hərbi əməliyyatların hansı formada bərpa edilə biləcəyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600