Cəmiyyət

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir?

26 Fevral 2026, 13:091
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır”.

Zefer.media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.

“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?”sualına isə nazir cavab verməyib. O, bu suallara TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.

T. Musayev həmçinin hazırda fəaliyyətinə icazə verilən plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, plastik və estetik əməliyyat üçün icazəsi olan cərrahların sayı 45 nəfərdir. Nazirin sözlərinə görə, bu sahədə vəziyyət düzəlib, icazəli cərrahların sayı ilbəil arta bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600