Cəmiyyət

Taksi və yük maşını sürücüləri üçün imtahan keçiriləcək

25 Fevral 2026, 13:330
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fevralın 27-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.

Zefer.media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin gün beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahan təşkil olunacaq.

İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1 679 nəfər qeydiyyatdan keçib.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600