• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti tətbiq ediləcək - SƏRƏNCAM

27 Fevral, 26 / 17:30
A A

Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Zefer.media-nın xəbərinə görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.

“Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır”, – Sərəncamda vurğulanıb.

Sərəncama əsasən, Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməli, sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Siyasət

Səudiyyə Ərəbistanı nüvə dövləti ola bilər? - Səudiyyə ilə sazişin pərdəarxası

İyul 22, 2026
MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

İyul 22, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.