Cəmiyyət

Seyidbəyli kəndində 34 ildən sonra ilk toy olub

1 Sentyabr 2026, 17:243
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutub.

Zefer.media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, bəy Sərdar Ramazanov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

O, müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

Toy mərasiminə qatılan kənd sakinləri və müxtəlif bölgələrdən gələn qonaqlar, gənc ailəyə xeyir-dua verərək, bu xoş günün yaşanmasını gerçəyə çevirən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Vətən uğrunda sağlamlığını itirərək bu torpaqların azadlığına töhfə verən qazilərin minnətdarlıqlarını ifadə ediblər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600