Dünya

SEPAH ABŞ-nin hərbi bazalarına zərbə endirib

8 İyul 2026, 10:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün SEPAH bəyanat yayaraq, ABŞ-nin bölgədəki hərbi mövqelərinə qarşı birgə raket və pilotsuz uçuş aparatı (PUA) əməliyyatı həyata keçirdiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, bəyanatda ABŞ ordusu səhər saatlarında Hörmüzqan və Mahşəhrdə yerləşən bir sıra hərbi bazalara hava zərbələri endirməklə atəşkəsi və “İslamabad Sazişi”ni kobud şəkildə pozmaqda ittiham olunub.

SEPAH-ın məlumatına görə, dəniz və aerokosmik qüvvələrinin həyata keçirdiyi cavab əməliyyatı zamanı Bəndər Salman, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası və Küveytdəki Əli əl-Salim Hava Bazası da daxil olmaqla 85 ABŞ hərbi obyekti hədəfə alınıb.

Bəyanatda əməliyyata müdaxilə etməyə çalışan ABŞ-yə məxsus bir MQ-9 pilotsuz uçuş aparatının vurulduğu da bildirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600