Dünya

Səudiyyə İran və ABŞ arasında gərginliyi azaltmaq üçün səy göstərir

8 May 2026, 12:461
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Fars körfəzində genişmiqyaslı atışmalardan sonra Səudiyyə Ərəbistanı gərginliyi azaltmaq və münaqişəyə son qoymaq məqsədilə intensiv diplomatik səylər həyata keçirir.

Zefer.media xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” bildirib.

Mənbənin məlumatına görə, Ər-Riyad münaqişənin daha da genişlənməsinin qarşısını almağa və bölgədə sabitliyi bərpa etməyə çalışır. Bildirilir ki, Səudiyyə Ərəbistanı regional ölkələr və beynəlxalq tərəflərlə daimi əlaqə saxlayaraq siyasi-diplomatik həll yolunun gücləndirilməsi üzərində işləyir.

Həmin diplomatik aktivlik Vaşinqton və Tehranın müharibəyə son qoyacaq ilkin razılaşmaya yaxınlaşdığı barədə xəbərlərlə eyni vaxta təsadüf edib.

Xatırladaq ki, daha əvvəl Pakistan, Səudiyyə Ərəbistanı və digər bir sıra ölkələrin tərəflər arasında vasitəçilik etməyə çalışdığı bildirilmişdi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600