Səudiyyə Ərəbistanı Azərbaycanın ərazilərində humanitar minatəmizləmə işləri üçün 3 milyon dollar vəsait ayırıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi Salem Əl-Qəhtani məlumat verib.
Bildirilib ki, ayrılan vəsait mina risklərinin azaldılmasına, mülki əhali üçün təhlükəsiz mühitin yaradılmasına, ərazilərin bərpasına və məcburi köçkünlərin geri qayıdışına dəstək məqsədi daşıyır.
Aytən Yalçınqızı

















