• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9759
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Səhiyyə islahatlarının yeni mərhələsi: əlçatanlıqdan keyfiyyətə doğru

15 Aprel, 26 / 15:20
A A

“Son illərdə ölkəmizdə səhiyyə sistemində həyata keçirilən islahatlar artıq yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti yalnız infrastrukturun yenilənməsi və xidmətlərin genişləndirilməsi deyil, eyni zamanda sistemin effektiv idarə olunması, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir”.

Zefer.media xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib.

“Regionlarda müasir xəstəxanaların tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması və texniki təminatın gücləndirilməsi nəticəsində səhiyyə xidmətlərinin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Əgər əvvəlki dövrlərdə vətəndaşların böyük bir hissəsi daha keyfiyyətli xidmət üçün paytaxta üz tuturdusa, bu gün artıq bir çox əsas tibbi xidmətlər regionlarda da əlçatan olub”, – o qeyd edib.

Deputat vurğulayıb ki, lakin obyektiv yanaşma bu sahədə görülən işlərlə yanaşı mövcud çağırışların da qeyd olunmasını tələb edir:

“Regionlarla paytaxt arasında xidmət keyfiyyəti və xüsusilə yüksək ixtisaslaşmış tibbi müdaxilələr sahəsində müəyyən fərqlər hələ də qalmaqdadır. Bu fərqlər əsasən kadr potensialının qeyri-bərabər bölgüsü, klinik qərarvermə təcrübəsinin fərqli səviyyədə olması və bəzi ixtisaslaşmış xidmətlərin mərkəzləşmiş formada təşkil olunması ilə bağlıdır.

İcbari tibbi sığortanın tətbiqi isə səhiyyə sistemində köklü dəyişikliklərə səbəb olub. Ən mühüm nəticə ondan ibarətdir ki, vətəndaşların tibbi xidmətlərə çıxışı əhəmiyyətli dərəcədə artıb. Artıq insanlar maliyyə baryerləri ilə əvvəlki qədər üzləşmədən tibb müəssisələrinə müraciət edə bilirlər. Bu, sosial ədalət və bərabər imkanlar baxımından mühüm nailiyyətdir”.

Rəşad Mahmudov əlavə edib ki, xidmətə müraciətlərin artması sistemə əlavə yük yaradıb və bu da keyfiyyət məsələsini daha da aktuallaşdırıb:

“İcbari tibbi sığorta modeli ilk növbədə maliyyələşmə mexanizmi kimi formalaşdığı üçün xidmətin keyfiyyətinin yüksəldilməsi paralel olaraq idarəetmə, kadr hazırlığı və klinik protokolların tətbiqi ilə sıx bağlıdır. Bu istiqamətdə görüləcək işlər növbəti mərhələnin əsas prioritetlərindən biri kimi çıxış edir.

Hazırda həyata keçirilən struktur dəyişikliklər, xüsusilə icbari tibbi sığorta sisteminin idarəetmə modelində yeniliklər və səhiyyə xidmətlərinin təşkilində institusional yanaşmanın təkmilləşdirilməsi, bu, problemlərin daha sistemli şəkildə həllinə yönəlib. Məqsəd maliyyə resursları ilə tibbi xidmətin təşkili arasında daha sıx və effektiv əlaqənin qurulmasıdır.

Bütün bu proseslər göstərir ki, Azərbaycan səhiyyəsi artıq yeni keyfiyyət mərhələsinə keçid edir. Bu mərhələdə əsas hədəf yalnız xidmətin əlçatan olması deyil, eyni zamanda onun keyfiyyətli, təhlükəsiz və nəticəyönümlü olmasıdır.

Bu genişmiqyaslı və ardıcıl islahatların əsasında isə ölkə rəhbərliyinin, xüsusilə cənab Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və strateji yanaşma dayanır. Son illərdə həyata keçirilən kompleks tədbirlər – həm infrastrukturun qurulması, həm də idarəetmə mexanizmlərinin yenilənməsi – təsadüfi deyil, uzunmüddətli və düşünülmüş siyasətin nəticəsidir”.

 

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Uşağınız yaşıdlarından gec danışır? - Səbəblər və çıxış yolları

May 21, 2026
Cəmiyyət

Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub

May 20, 2026
Cəmiyyət

Sərnişin qatarlarımız Naxçıvana qədər gedəcək – ADY

May 20, 2026
Cəmiyyət

ŞKTR ilə bağlı təqdimatlara töhfə verən gənclər təltif olundu

May 20, 2026
Manşet

Qulu Məhərrəmli: Dezinformasiyaları yoxlayan proqramlar hazırlanmalıdır - Müsahibə 

May 20, 2026
Cəmiyyət

Həyatımızın görünməz qatili: Süfrəmizə qədər gələn mikroplastik təhlükəsi

May 20, 2026

XƏBƏR LENTİ

İran mediasında Hörmüz boğazı ilə bağlı sərt çağırış

21 May, 26 / 14:19

Ermənistanda seçkiqabağı gərginlik davam edir

21 May, 26 / 12:59

Kobaxidze: Onlar Gürcüstan və Ermənistan arasında nifaq salmaqda müvəffəq olmayacaq

21 May, 26 / 12:44

Mirzoyan: Ermənistanın AİB-dən çıxarılması məsələsi bizim müraciətimiz olmadan müzakirə edilə bilməz

21 May, 26 / 12:41

Putin Pekindəki danışıqlarda əsas vəzifələrdən birini yerinə yetirə bilmədi?

21 May, 26 / 12:33

“Xameneyi bu üsulla sağ qalmağa çalışır”

21 May, 26 / 12:28

Merz Ukraynaya Aİ-də “assosiativ üzvlük” təklif edir – “Reuters”

21 May, 26 / 12:25

Stoltenberq: NATO ABŞ olmadan mövcud ola bilməz və Aİ-ni əvəz edə bilməz

21 May, 26 / 12:20

FT: “İranın ali rəhbəri haradadır?”

21 May, 26 / 12:11

Tehran və Vaşinqton 14 maddəlik təklif üzərində təmasları davam etdirir

21 May, 26 / 12:08

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.