İdman

Ronaldodan iddialı baş məşqçi təklifi

13 Mart 2026, 10:463
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın gələcək baş məşqçisi ilə bağlı istəyini federasiyaya çatdırıb.

Zefer.media xəbər verir ki, təcrübəli hücumçu hazırda “Əl-Nəsr”i çalışdıran Jorje Jesusun millinin baş məşqçisi olmasını təklif edib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin çalışdırıcısı da müvafiq təklif olarsa, məsələyə isti yanaşır.
Xatırladaq ki, Ronaldo eyni zamanda FİFA-dan üç oyunluq cəza almaq təhlükəsi ilə üz-üzədir.

Portuqaliya Futbol Federasiyası onun İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə tətbiq oluna biləcək cəzanın yüngülləşdirilməsi üçün müraciət hazırlayır. Cəza qüvvədə qalsa, Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk oyunlarını buraxa bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600