Qazi İsmayıl Hüseynzadə vəfat edib.
Zefer.media xəbər verir ki, bu barədə onun qardaşı sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, İsmayıl Hüseynzadə dünən yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Qeyd olunub ki, mərhumun 3 və 7 mərasimi noyabrın 17-də saat 11:00-dan 16:00-dək Heydər məscidinin mərasim evində keçiriləcək.
Mərhumun qardaşı sosial şəbəkə hesabında paylaşım edərək onun vəfatı ilə bağlı məlumat verib və hər kəsdən dua etməsini xahiş edib.





