Cəmiyyət

Qadağalardan sonra efirlərimiz belə oldu

4 Mart 2026, 12:340
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Son dövrlər tətbiq olunan məhdudiyyətlərdən sonra ölkə telekanallarında yayımlanan proqramların məzmun və formatında diqqətçəkən dəyişikliklər baş verib.

Zefer.media-nın milli.az-a istinadla məlumatına görə, artıq efirə daha çox tanınmış və titullu sənətçilər dəvət olunur. Xüsusilə uzun müddətdir televiziya məkanında görünməyən Xalq və Əməkdar artistlərin yenidən studiyalarda yer alması müşahidə edilir. Bildirilir ki, yeni efir siyasətində keyfiyyət amili əsas meyarlardan biri kimi götürülüb.

Qeyd edək ki, son illər bəzi verilişlərdə qalmaqallı müzakirələrin artması və bayağı ifaçıların geniş şəkildə efirə çıxması həm sənət cameəsində, həm də tamaşaçılar arasında narazılıq yaratmışdı. Bir sıra sənət adamları televiziya məkanında səviyyənin aşağı düşdüyünü açıq şəkildə ifadə edirdi.

Hazırkı dəyişikliklər fonunda isə mədəniyyət və musiqi sahəsində nüfuzlu simaların daha fəal şəkildə efirdə görünməsi diqqətdən yayınmır. Sosial şəbəkələrdə izləyicilər bu yeniliyi müsbət qarşılayaraq, klassik və peşəkar sənətə üstünlük verilməsini dəstəklədiklərini bildirirlər.

Belə görünür ki, teleməkan əvvəlki dövrlərlə müqayisədə daha sanballı və ciddi məzmun təqdim etməyə yönəlmiş yeni mərhələyə qədəm qoyur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600