Pakistan Səudiyyə Ərəbistanına 30-40 min hərbçi göndərilməsi barədə Reuters-in məlumatını təkzib edib.
Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, Pakistanın İnformasiya Nazirliyi bildirib ki, müdafiə sazişi çərçivəsində kollektiv çəkindirmənin həyata keçirilməsi ilə bağlı operativ detallar məxfidir və spekulyasiyaların mövzusuna çevrilə bilməz.
Nazirlik Reuters-i Pakistan hakimiyyətinin rəsmi açıqlamalarına istinad etməyə və təsdiqlənməmiş rəqəm və detalları yaymamağa çağırıb.
Lalə Qurbanlı

















