• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9365
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Özbaşına ağrıkəsici qəbulu və "ev sistemləri" nə dərəcədə təhlükəlidir ? – Həkimdən XƏBƏRDARLIQ

22 Aprel, 26 / 9:00
A A

Müasir təbabətdə ağrıkəsicilər və damardaxili infuziyalar müalicə prosesinin effektivliyini təmin edən mühüm vasitələr olsa da, onların həkim nəzarəti olmadan tətbiqi ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə son illərdə peşəkar məsləhəti olmadan ağrıkəsici qəbuluna və ev şəraitində inyeksiya prosedurlarına müraciət edənlərin sayında kəskin artım müşahidə olunur. Bu cür nəzarətsiz müdaxilələr mədə-bağırsaq qanaxmaları, böyrək çatışmazlığı və qaraciyər funksiyasının pozulması kimi ağır klinik fəsadlara zəmin hazırlayır.

Ağrıkəsicilərin həkim məsləhəti olmadan istifadəsinin təhlükələri barədə Zefer.media – ya açıqlama verən həkim – terapevt Günay Musayeva səhiyyədə ağrıkəsicilərin və inyeksiya üsullarının geniş istifadə olunmasına baxmayaraq, onların həkim nəzarəti olmadan tətbiqinin ciddi sağlamlıq riskləri yaratdığını bildirib :

” Müasir tibbdə ağrıkəsicilər, inyeksiya preparatları və damardaxili infuziyalar ağrının aradan qaldırılması və müalicə prosesinin sürətləndirilməsi məqsədilə geniş şəkildə istifadə olunur. Lakin bu vasitələrin effektivliyi və təhlükəsizliyi onların düzgün seçilməsindən, doza və tətbiq qaydalarına riayət olunmasından, eləcə də tibbi nəzarət altında həyata keçirilməsindən asılıdır. Təəssüf ki, son illərdə həkim məsləhəti olmadan bu müdaxilələrə müraciət edənlərin sayı artmaqdadır ki, bu da bir sıra ciddi sağlamlıq riskləri yaradır.

Ağrıkəsicilərin nəzarətsiz istifadəsi ilk baxışda zərərsiz görünsə də, klinik baxımdan əhəmiyyətli fəsadlara səbəb ola bilər. Xüsusilə qeyri-steroid tərkibli dərmanların uzunmüddətli və ya yüksək dozada qəbulu mədə-bağırsaq traktında eroziya, xora və qanaxma riskini artırır. Eyni zamanda bu preparatlar böyrək qan dövranına təsir edərək nefrotoksik nəticələrə, bəzi hallarda isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ürək-damar xəstəliyi riski olan şəxslərdə isə bu dərmanların nəzarətsiz istifadəsi ağırlaşma ehtimalını artırır. Bundan əlavə, analgetiklərin davamlı istifadəsi ağrının əsas səbəbini gizlədərək diaqnostikanın gecikməsinə gətirib çıxara bilər.

Dərmanların yanlış və məqsədsiz istifadəsi yalnız toksik təsirlərlə məhdudlaşmır. Doza pozuntuları, müxtəlif preparatların eyni vaxtda və uyğun olmayan şəkildə qəbulu dərmanların qarşılıqlı təsirlərinə və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə bu hallar daha ciddi klinik nəticələr doğura bilər”.

Həkim, ev şəraitində inyeksiya və venadaxili sistemlərin tətbiqinin yalnız ixtisaslı mütəxəssisin nəzarəti və dəqiq tibbi göstəriş olduqda məqsədəuyğun hesab oluduğunu qeyd edib : ” Ev şəraitində inyeksiyaların və damardaxili sistemlərin tətbiqi yalnız mütəxəssis tərəfindən və aydın klinik göstəriş olduqda tibbi baxımdan məqbul hesab edilir. Qeyri-peşəkar müdaxilələr zamanı aseptika və antiseptika ( mikrobların yaraya düşməsinin qarşısını alan tədbirlər sistemi) qaydalarının pozulması infeksiyalara, abseslərin yaranmasına, damar və sinir strukturlarının zədələnməsinə, həmçinin tromboflebit kimi ağırlaşmalara səbəb ola bilər. Daha təhlükəli hallarda isə anafilaktik reaksiyalar və ya damardaxili tətbiq səhvləri həyati risk yarada bilər. Bu səbəbdən damardaxili infuziyalar yalnız uyğun tibbi şəraitdə və monitorinq altında aparılmalıdır.

İnsanların özbaşına inyeksiya və ya sistem istifadəsinə müraciət etməsinin bir neçə səbəbi mövcuddur. Bunlara daha sürətli təsir əldə etmək istəyi, əvvəlki müsbət təcrübələrin ümumiləşdirilməsi, ətraf mühitdən alınan qeyri-peşəkar məsləhətlər, eləcə də bəzi hallarda tibbi xidmətə gec müraciət daxildir. Cəmiyyətdə formalaşmış “damardaxili müalicə daha güclüdür” kimi yanlış təsəvvürlər də bu davranışları stimullaşdıran amillər sırasındadır”.

Sonda G. Musayeva vurğulayıb ki, analgetiklər və inyeksiya vasitələri düzgün istifadə olunduqda faydalı olsa da, nəzarətsiz tətbiqi ciddi risklər yaradır: ” Nəticə etibarilə, ağrıkəsicilər və inyeksiya üsulları düzgün istifadə edildikdə effektiv və faydalıdır. Lakin onların həkim nəzarəti olmadan tətbiqi ciddi yatrogen risklər yaradır. Bu baxımdan, həm əhalinin maarifləndirilməsi, həm də rasional dərman istifadəsinin təşviqi müasir səhiyyə sisteminin vacib istiqamətlərindən biridir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ödənişlər nağdsız olacaq

İyul 14, 2026
Cəmiyyət

Şəhid polkovnik İlqar Mirzəyevin anım günüdür

İyul 14, 2026
Siyasət

Baş nazir qərar imzaladı

İyul 14, 2026
Cəmiyyət

Media həmrəyliyinə xidmət edən platforma 2 yaşında

İyul 14, 2026
Manşet

Trampın İran bəyanatı - Hədəf gözdağıdır, yoxsa real hücum?

İyul 14, 2026
Manşet

IV Şuşa Qlobal Media Forumu başa çatdı

İyul 14, 2026

XƏBƏR LENTİ

Bu ödənişlər nağdsız olacaq

14 İyul, 26 / 18:50

Şəhid polkovnik İlqar Mirzəyevin anım günüdür

14 İyul, 26 / 18:34

Baş nazir qərar imzaladı

14 İyul, 26 / 18:25

Media həmrəyliyinə xidmət edən platforma 2 yaşında

14 İyul, 26 / 18:21

Polşa qırıcı təyyarələrini havaya qaldırıb

14 İyul, 26 / 18:20

İran qanunvericiləri ABŞ ilə memorandumun ləğvini tələb edirlər

14 İyul, 26 / 18:15

Netanyahu İranı xəbərdar etdi: Cavabımız daha sərt olacaq

14 İyul, 26 / 18:07

FT: İran ABŞ hərbçilərinin yerini mobil şəbəkələr vasitəsilə izləməyə cəhd edib

14 İyul, 26 / 18:03

Körfəz bölgəsində atəşkəsdən əvvəlki vəziyyətə geri dönülür?

14 İyul, 26 / 17:41

İran parlamentində Hörmüz boğazı ilə bağlı strateji fəaliyyət planı təqdim edilib

14 İyul, 26 / 17:10

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.