İdman

“Neftçi” 23 000 manat CƏRİMƏLƏNDİ

11 Mart 2026, 14:527
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

AFFA İntizam Komitəsi “Neftçi”ni 23 000 manat cərimələyib.

Zefer.media xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib. Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.

Bundan başqa, turun “Şamaxı” – “İmişli” oyununda qonaqların heyətində 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.

Eyni aqibəti “Kəpəz” komandası da yaşayıb. Gəncə klubundan 4 oyunçu “Zirə” ilə matçda sarı vərəqə alması səbəbindən klub 700 manat ödəməli olacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600