Media və Yayım Şurası Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılması ilə bağlı xəbərlərdə mövzuya aid olmayan fotolardan istifadə edilməsinə diqqət çəkib.
Zefer.media xəbər verir ki, şuranın açıqlamasında bu cür görüntülərin xəbərin məzmunu və hadisənin baş verdiyi coğrafi məkan barədə yanlış təsəvvür yarada biləcəyi bildirilib.
Qurum media subyektlərini fotoların mənbəyini və çəkildiyi yeri yoxlamağa, eləcə də görüntülərin xəbər məzmununa uyğunluğunu təmin etməyə çağırıb.




