İdman

Kikboksçumuz 2 illik diskvalifikasiya olundu

1 Sentyabr 2026, 17:2211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Zefer.media Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadla xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində “S5 Diuretiklər və ya Gizlədici Agentlər” sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb. Bununla da idmançının qadağan edilmiş maddə və ya üsuldan istifadə etdiyi müəyyən olunub.

Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək nəzərdə tutulub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600