• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

"Jurnalistikanın qlobal problemləri var, AŞ isə köhnə mövzularla məşğuldur" - Müşfiq Ələsgərli

12 Mart, 26 / 12:08
A A

“Medianın İnkişafı Agentliyi (MEDİA) Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının “Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatı”nı tənqid etməkdə haqlıdır. Çünki, hesabatda Azərbaycanla bağlı yer alan fikirlər tamamilə qərəzlidir və spekulyativ xarakter daşıyır”.

Bu fikirləri Zefer.media-ya açıqlamasında Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasının yaydığı bəynatda da qeyd edildiyi kimi Avropa Şurası Platformasının yaydığı hesabat reallıqdan uzaq, qərəzli sənəddir:

“Avropa Şurasının Azərbaycanla mübahisəsi var. Bu mübahisəni ölkəmizə ləkə atmaqla, qisas almaqla həll etmək istəyir. Platformanın yaydığı hesabat da bu tendensiyaya xidmət edir.

Diqqət yetirsək görərik ki, AŞ platforması 5 il, 10 il öncə hazırlanmış hesabatları simvolik şəkildə redaktə edərək, indi yeni hesabat adı ilə yayıb. Bu hesabat medianın modern problemlərini əhatə etmir, təsirli təhdidlərin üzərinə getmir. Məlumat üçün qeyd edim ki, peşəkar jurnalistikanı ciddi şəkildə təhdid edən aktul problemlər, qlobal proseslər mövcuddur. Bu sırada “texnologiya nəhənglərinin” informasiya ekosistemində dominantlığı ələ keçirməsindən başlamış, aparıcı sosial şəbəkə platformalarının reklam gəlirlərini özünə çəkərək media-biznes modelini məhv etməsinə qədər ən müxtəlif istiqamətlər mövcuddur. Bu yeni tendensiyalarla yanaşı, ənənəvi problemlər də qalıb, davam edir və peşəkar media mühitini təhdid edilər.

Məsələn, jurnalistlərin təhlükəsiz şəkildə fəaliyyət göstərmək hüquqlarının pozulması kimi klassik problem indi daha intensivləşib; daha kobud, ağır forma alıb. Statistika mərkəzlər qeyd edirlər ki, son 4 il ərzində, yəni Rusiya–Ukrayna müharibəsinin başlaması və İsrail-Həmas savaşı fonunda Yaxın Şərq regionunda gərginliyin artmasından sonra təqribən 300 nəfər jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb. 470 nəfər jurnalist yaralanıb, 90 nəfər jurnalist girov götürülüb və ya həbs edilib. Bu cür klassik problemlərin “modern” təhdidlərlə çulğaşması peşəkar media mühitini boğur, onu məhv edib sıradan çıxarır.

Mediaya aidiyyatı olan beynəlxalq təşkilatların, qlobal platformaların birbaşa missiyasıdır ki, həmin problemlərin həlli üçün səmərəli təkliflər versinlər və təkidli tələblərlə onların həllinə nail olsunlar. Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması (AŞJMTTP) da bu məqsədlə yaradılıb. 2014-cü ildə yaradılan Platformanın tərkibində 15 beynəlxalq jurnalist təşkilatı birləşir. Bu 15 təşkilatın fəaliyyətinin AŞJMTTP tərkibində koordinasiya edilməsində məqsəd budur ki, güclərini birləşdirsinlər, “modernləşərək”, güclənən təhdilərlə qarşı çıxış edə bilsinlər.

Çox təəssüf ki, biz bu sahədə heç bir ciddi fəaliyyət və nailiyyət görə bilmirik. Platformanın medianı qlobal risklərdən qorumaq üçün nə səmərəli təklifləri var, nə də effektiv addımları. İldə bir dəfə sınıq-salxaq bəyanatlar verməklə gündəmə gəlir. Bu hesabatlar isə heç bir əhəmiyyət daşımır. Həmin hesabat köhnə faktlar, tezislər üzərində qurulub, həm də qərəzlidir, qeyri-obyektivdir”.

Yeganə

Bənzər Xəbərlər

Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026
Gündəm

Medianews.az 14 yaşını qeyd edir

Sentyabr 12, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026
Media

Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama 

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr, 26 / 16:26

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

14 Sentyabr, 26 / 16:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.