Dünya

İsraildən İranın ali rəhbərini öldürməklə bağlı xəbərdarlıq

6 İyul 2026, 15:111
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin yox olmasını hədəfləyən istənilən İran rəhbəri “məhv ediləcək”.

Zefer.media xəbər verir ki, bunu bu gün İsrailin müdafiə naziri İsrael Katz bildirib.

İranın mərhum lideri Əli Xameneyinin vida mərasimi zamanı yayımlanan açıqlamasında Katz deyib ki, Xameneyi İsrailə qarşı planların əsas təşkilatçısı olduğu üçün İsrail tərəfindən hədəfə alınıb və öldürülüb.

Nazir, habelə, Tehranda keçirilən vida mərasimində səsləndirilən “Trampa ölüm olsun!” şüarlarına toxunaraq qeyd edib ki, sözügedən şüarlar onun fikrincə, İran hakimiyyətinin mövqeyini və siyasətini əks etdirir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600