Hörmüz boğazı 28 fevraldan əvvəl açıq olub və bölgədəki gərginliyin əsas səbəbi ABŞ və İsrailin addımlarıdır.
Zefer.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
Bəqayi Avropa ölkələrinə də çağırış edərək deyib ki, Vaşinqtonun və “sionist rejimin” regional təhriklərinə qoşulmaq Avropa üçün faydalı olmayacaq.
“Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, ABŞ və ya sionist rejimin regional məsələlərdəki təhriklərinin onları istəmədən fayda verməyəcək bir böhrana sürükləməsinə icazə verməməlidirlər”, – o qeyd edib.
XİN sözçüsünün sözlərinə görə, bir sıra Avropa ölkələri bu müharibəni “qanunsuz, əxlaqsız və təcavüzkar” hesab edir və buna görə də ABŞ təzyiqlərinə baxmayaraq prosesə cəlb olunmayıb.
Zərintac Mayisqızı















