Dünya

İran XİN: “ABŞ tanker hücumları ilə atəşkəsi pozdu”

8 May 2026, 17:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ qüvvələrinin Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran neft tankerinə hücumundan sonra bəyanat yayıb.

Zefer.media xəbər verir ki, bəyanatda ABŞ-nin cümə axşamı və cümə səhəri tankerlərə və bir neçə sahil ərazisinə endirdiyi zərbələrin İran Silahlı Qüvvələrinin “güclü cavabı” ilə qarşılandığı və “onların məqsədlərinə çata bilmədikləri” qeyd olunub.

İran XİN həmin hücumları 10 aprel tarixli atəşkəs razılaşmasının açıq pozulması kimi dəyərləndirib. Nazirlik bildirib ki, hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndini pozur və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən “təcavüz aktı” sayılır.

Tehran bəyanatda ABŞ-nin “özünün yaratdığı bataqlıqdan çıxmaq üçün çıxış yolu tapmaqda çaşqınlıq içində olduğunu” iddia edib və BMT-ni ABŞ-nin addımlarına laqeyd qalmamağa çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600