Tehranın ABŞ-uə təqdim etdiyi təkliflər “həddindən artıq tələb” hesab oluna bilməz.
Zefer.media xəbər verir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.
Bəqayi vurğulayıb ki, İranın əsas tələbləri dəniz təhlükəsizliyi və ölkəyə məxsus maliyyə aktivlərinin azad edilməsi ilə bağlıdır.
“İran gəmilərinə qarşı dəniz piratçılığının dayandırılması tələbi həddindən artıq tələbdir? ABŞ təzyiqi səbəbilə illərdir xarici banklarda haqsız yerə saxlanılan İran xalqına məxsus aktivlərin azad edilməsi tələbi həddindən artıqdır?” – deyə o qeyd edib.
Bəqayi əlavə edib ki, ABŞ tərəfinin “əsassız tələblərində” israr etməsi Tehranda narazılıq doğurur.
“Amerika tərəfinin əsasən sionist rejimin yaratdığı və inkişaf etdirdiyi düşüncə tərzinə əsaslanan birtərəfli baxışlarında və əsassız tələblərində israr etməyə davam etməsindən təəssüf edirik”, – Bəqayi ifadə edib.
Zərintac Mayisqızı

















