• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.8° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İran nüvə silahından imtina edəcək mi? - AÇIQLAMA

07 May, 26 / 12:50
A A

İran danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşıb. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İran nüvə silahına sahib ola bilməz və olmayacaq da. Onlar, digər şeylərlə yanaşı, buna da razılaşıblar”, – deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ İrana 14 maddəlik sülh təklifi göndərib və 48 saat ərzində cavab vermələrini tələb edib.

AĞ Partiya sözçüsü, politoloq Cavanşir Abbaslı Zefer.media-ya açıqlamasında bildirib ki, Donald Trampın İranın nüvə silahından imtina etməsi ilə bağlı açıqlaması hələlik rəsmi şəkildə təsdiqini tapmayıb:

“İndiyədək Ağ Ev rəhbərinin bu tip bəyanatları ilə tez-tez qarşılaşmışıq. Lakin sonradan həmin açıqlamaların ya təkzib olunduğunu, ya da reallıqda öz əksini tapmadığını görmüşük. Buna görə də, İranın nüvə silahından imtina etməsi barədə deyilənlər təsdiqlənmədən bu məsələyə qəti yanaşmaq hələ tezdir.
Onu da nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə İran üçün məğlubiyyət görüntüsü yaradacaq əsas iki məsələ var. Bunlardan biri nüvə silahından imtina, digəri isə Hörmüz boğazının açılmasıdır. Hesab edirəm ki, Tehran indiki şəraitdə belə addımlar atmağa meylli görünmür. Çünki bu, İranın geri çəkilməsi və məğlubiyyətini etiraf etməsi kimi qiymətləndirilə bilər.

Fevralın 28-dən aprelin 8-dək davam edən prosesdə İran tərəfinin müəyyən mənada üstünlük qazandığı ilə bağlı beynəlxalq ictimai rəydə fikirlər formalaşmağa başlamışdı. Xüsusilə aprelin 8-də əldə olunan 14 günlük atəşkəs razılaşmasından sonra bəzi dünya liderlərinin açıqlamalarında İranın üstün mövqedə olduğu barədə fikirlər səslənirdi. Daha sonra, aprelin 22-də atəşkəs müddətinin başa çatmasının ardından Donald Trampın bu müddətin uzadılması ilə bağlı qərarı da İranın mövqeyini müəyyən qədər gücləndirdi və Tehranın prosesdə nisbi üstünlük əldə etdiyi görüntüsünü yaratdı”.

 

Politoloq əlavə edib ki, belə bir şəraitdə ictimai rəydə üstün mövqedə görünən bir ölkənin nüvə silahından imtina etməsi inandırıcı görünmür:

“Çünki Tehran bunun öz siyasi mövqeyinə və regional nüfuzuna mənfi təsir göstərəcəyini anlayır.

Onu da unutmayaq ki, ABŞ İrana 14 maddədən ibarət sülh təklifi göndərib. Bundan bir gün əvvəl isə İran tərəfi Vaşinqtona özünün 14 bəndlik təklif paketini təqdim etmişdi. Hərçənd Donald Tramp həmin təklifləri qəbul etməmişdi, amma sənədlərdə uranın zənginləşdirilməsi və Hörmüz boğazının bağlı qalması ilə bağlı maddələrin yer alması göstərir ki, hazırda tərəflər arasında diplomatik “təklif savaşı” gedir. Hər iki tərəf öz şərtlərini qarşı tərəfə qəbul etdirməyə və gələcəkdə bunu siyasi qələbə kimi təqdim etməyə çalışır.
Bütün bunları nəzərə aldıqda, indiki mərhələdə İranın nüvə silahından tam şəkildə imtina edəcəyini düşünmürəm. Tehran müəyyən məsələlərdə geri addım ata bilər. Xüsusilə uranın zənginləşdirilməsi və digər şərtlərlə bağlı kompromis əldə olunarsa, İran daha yumşaq mövqe nümayiş etdirə bilər. Çünki uzunmüddətli müharibə Tehran üçün də sərfəli deyil.

Hadisələrin enerji bazarına təsiri isə artıq açıq şəkildə hiss olunur. Neft qiymətlərində ciddi dalğalanmalar müşahidə edilir. Azərbaycan neftinin qiymətinə baxdıqda da görürük ki, bazarda bir gün artım, digər gün isə enmə baş verir. Bununla belə, İran–ABŞ qarşıdurmasından sonra dünya bazarında neftin qiymətində ümumi artım tendensiyası müşahidə olunur.

İranın nüvə silahından imtina etməsi halında isə bu, şübhəsiz ki, Tramp administrasiyasının siyasi qələbəsi kimi təqdim olunacaq. Belə bir vəziyyətdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların sərtləşdirilməsi üçün ciddi arqumentlər zəifləyə bilər və Vaşinqton müəyyən yumşalma addımlarına gedə bilər.

Ancaq nəzərə almaq lazımdır ki, İran uzun illərdir sanksiyalar altında yaşayan ölkədir və artıq müəyyən mənada bu şəraitə uyğunlaşa bilib. Bu səbəbdən də yalnız sanksiyaların yumşaldılması naminə Tehranın nüvə proqramından tam imtina edəcəyi ilə bağlı fikirlər hazırkı reallığı tam əks etdirmir”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Siyasət

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

May 29, 2026
Cəmiyyət

28 May – Azərbaycanda Müstəqillik günüdür

May 28, 2026
Gündəm

Azərbaycanda Qurban bayramı qeyd edilir

May 27, 2026
Dünya

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

May 26, 2026
Gündəm

İlham Əliyev: Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır

May 26, 2026
Gündəm

İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib

May 26, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.