• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.3° Weather Columbus
$
1.7
€
1.9613
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İran-ABŞ gərginliyi: Pekin münaqişəyə qoşulacaq? - ŞƏRH

10 Mart, 26 / 15:44
A A

Yaxın Şərqdə gərginlik davam edir. Dövlətlər arasında iqtisadi, hərbi və diplomatik əlaqələr müxtəlif maraqlar çərçivəsində formalaşır. Bu prosesdə hər bir ölkənin strateji qərarları yalnız öz maraqlarını qorumağa yönəlir və tərəfdaşlıq iddiaları həmişə real dəstək mənasına gəlmir. Beynəlxalq arenada mövqelər dəyişkəndir və regional təhlükəsizlik məsələlərində balansı qorumaq həm çətin, həm də mürəkkəb bir prosesdir.

İran və ABŞ arasında hərbi manevrlər və diplomatik təzyiqlər bölgədə yeni bir böhran ehtimalını gündəmə gətirir. Bu fonda isə dünya diqqətlə başqa bir suala da cavab axtarır: Çin bu qarşıdurmada hansı mövqeni tutacaq?

Sualımızı cavablandıran politoloq Elxan Şahinoğlu  Zefer.media-ya açıqlamasında Pekinin İran-ABŞ gərginliyində fəal iştirak etməyəcəyini qeyd edib:

“Pekin münaqişəyə birbaşa müdaxilə etməyəcək, çünki İrana görə ABŞ-la qarşıdurmaya girmək istəmir; eyni səbəbdən Rusiya da üz-üzə gəlmək istəmir. Digər tərəfdən, Çin İranın mühafizəkar sisteminin məğlubiyyətini istəmir, çünki bu halda ABŞ istədiyi rejimi quraraq İrana təsir edəcək. Belə bir vəziyyətdə İran, ABŞ-a bağlı bir rejim halına gələcək və Çin ucuz neft tədarükünü itirəcək; buna oxşar vəziyyət əvvəllər Venezuelada baş vermişdi.

Müharibənin əvvəlində Çin İrana kifayət qədər silah-sursat göndərmiş və kəşfiyyat məlumatları paylaşmışdı, lakin hazırda bu dəstək İranın vəziyyətini xilas edə bilmir. ABŞ və İsrail İrandakı Rus və Çin istehsalı hərbi texnikanın əksəriyyətini məhv edib və hələ də bunu davam etdirir”.

Politoloq, İranın vəziyyətinin Çinin maraqlarına təsir etdiyini, amma Pekinin müdaxilə edə bilmədiyini vurğulayıb:

“İranın məğlubiyyəti Çinin maraqları üçün əhəmiyyətsiz deyil, lakin Pekin bu prosesə müdaxilə edə və ya mühafizəkar sistemi dəstəkləyə bilmir. Çin hesab edir ki, İran mühafizəkar sistemi mövqeyini gücləndirə bilər, halbuki reallıqda onların gücü getdikcə azalır. Əslində Rusiya və Çin yalnız sözdə İranın tərəfdaşlarıdır və ağır vəziyyətlərdə İran mühafizəkar sisteminə hər hansı real dəstək verməyiblər və vermək imkanında da deyillər”.

Pərvin

Bənzər Xəbərlər

Manşet

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

Sentyabr 15, 2026
Gündəm

Medianews.az 14 yaşını qeyd edir

Sentyabr 12, 2026
Siyasət

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

Sentyabr 10, 2026
Manşet

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

Sentyabr 10, 2026
Siyasət

Prezidentdən fərman

Sentyabr 10, 2026
Media

Peşəkar jurnalistləri həmrəyliyə çağırıram - Rəşad Məciddən açıqlama 

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

Putin Trampın Zelenskiyə neft emalı zavoduna hücum etməmək çağırışı ilə bağlı açıqlama verdi

14 Sentyabr, 26 / 16:26

Nazir: Təhsilin keyfiyyəti aşağı olan kənd məktəblərinin bağlanması məsələsinə baxılır

14 Sentyabr, 26 / 16:23

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.