Dünya

“Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək”

7 May 2026, 16:421
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil.

Zefer.media xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

Barro RTL radiosuna müsahibəsində qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddir və heç bir tərəf onun üzərində nəzarət quraraq “fidyə tələb edə bilməz”.

Nazir vurğulayıb ki, İranla bağlı sanksiyaların gələcəyi Tehran–Vaşinqton danışıqlarının bərpası və mümkün anlaşma prosesi ilə əlaqələndirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600