Hərbi

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib – FOTO

17 Noyabr 2026, 11:405
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Zefer.media Müdafiə Nazirliyinin verdiyi məlumata görə xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600