Cəmiyyət

Dilənçiliyə görə cəzalar tətbiq ediləcək

12 Mart 2026, 14:140
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək.

Zefer.media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli “Avaralıqla məşğul olma” kimi qeyd edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600