• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.973
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu gündən sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb

01 Sentyabr, 26 / 13:08
A A

Bu gündən etibarən Azərbaycanda sudan xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin tətbiqinə başlanılıb.

Bu barədə Zefer.media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə müəyyən edilmiş qaydalar əsasında və müvafiq icazə alınmaqla həyata keçirilir.

Azərbaycan Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi səlahiyyəti ADSEA-ya həvalə edilib.

Azərbaycan Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə isə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilib.

Qaydaya əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə icazə əsasında, texniki qurğu və avadanlıqlar tətbiq edilməklə həyata keçirilir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, su obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslərə şamil olunur.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə etmək istəyən sahibkarlar müəyyən edilmiş tələblərə uyğun olaraq ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ərizə ilə müraciət edirlər.

Müraciət çərçivəsində ərizəçinin təqdim etdiyi sənədlər təhlil olunur və onların müvafiq Qaydanın tələblərinə uyğunluğu yoxlanılır. Bununla yanaşı, su axarlarında ekoloji axımın saxlanılması şərtilə tələb olunan su həcminin verilməsinin mümkünlüyü qiymətləndirilir, həmçinin su obyektlərinə axıdılması nəzərdə tutulan tullantı sularının tərkibi araşdırılır.

Aparılan təhlil və qiymətləndirmənin nəticələrinə əsasən, su obyektindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi və ya icazənin verilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

İcazənin müddəti su obyektindən xüsusi istifadənin məqsədi, su obyektinin ehtiyat potensialı və ekoloji vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Su Məcəlləsinin 32-ci maddəsinə əsasən, su obyektləri fiziki və ya hüquqi şəxslərin uzunmüddətli və ya qısamüddətli istifadəsinə verilə bilər.

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi su ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsinə, su obyektlərinin mühafizəsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Bənzər Xəbərlər

Cəmiyyət

Seyidbəyli kəndində 34 ildən sonra ilk toy olub

Sentyabr 1, 2026
Gündəm

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

Sentyabr 1, 2026
Gündəm

TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir

Sentyabr 1, 2026
Cəmiyyət

Oktyabrda 9 gün iş olmayacaq

Sentyabr 1, 2026
Cəmiyyət

Azərbaycanda balıq ovu mövsümü başladı

Sentyabr 1, 2026
Cəmiyyət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilib

Sentyabr 1, 2026

XƏBƏR LENTİ

Ərdoğan Japarovla görüşüb

01 Sentyabr, 26 / 17:32

Seyidbəyli kəndində 34 ildən sonra ilk toy olub

01 Sentyabr, 26 / 17:24

Kikboksçumuz 2 illik diskvalifikasiya olundu

01 Sentyabr, 26 / 17:22

Çində tam dairə formasında nadir göy qurşağı müşahidə edilib

01 Sentyabr, 26 / 17:10

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

01 Sentyabr, 26 / 17:05

Çinin Baş prokuroru “ASAN xidmət”də

01 Sentyabr, 26 / 17:03

TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir

01 Sentyabr, 26 / 17:00

Putin müharibə başlayandan bəri mühafizə xidmətinin ştatını dördüncü dəfə artırıb

01 Sentyabr, 26 / 16:55

Putinin çıxışı ilə bağlı sosial şəbəkələrdə süni intellekt videosu ehtimalı müzakirə olunur

01 Sentyabr, 26 / 16:44

Siluanov G20-nin birgə fotosunda iştirak etməyib

01 Sentyabr, 26 / 16:33

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.