• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.995
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

22 Aprel, 26 / 18:37
A A

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür.

Zefer.media xəbər verir ki, igidimiz 1946-cı il aprel ayının 22-də Ağdamda dünyaya göz açıb.

O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən insan olub.

Allahverdinin kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəs bəsləyib.

Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub.

Şəhidimiz həm də Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə “Qızıl sünbül” kubokunda “Ağdam” — “Cəbrayıl” oynunda, “Ağdam” klubunun kapitanı olub. 1976-cı ildə klubun baş məşqçisi təyin edilib və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib.

1988-ci ildə Qarabağda ilk erməni aksiyaları başlayanda azərbaycanlıların təşkilatlanmasında Bağırov qardaşlarının böyük xidmətləri olub. Sonrakı illərdə Allahverdi Bağırov digər vətənpərvər insanlarla birlikdə Ağdamda ilk müdafiə dəstələrini yaradıb. Həmin vaxt ilk dəfə yerli əhalinin təşəbbüsü ilə Əsgəranla Ağdam arasında keşikçi postu yaradılıb və Allahverdi Bağırovun qardaşı Eldar könüllü olaraq bu posta keşik çəkməyə gedib. Daha sonra bu cür özünümüdafiə postları ermənilər yaşayan ərazilərlə qonşu digər kəndlərdə də yaradılıb.

1991-ci il oktyabrın 1-də Azərbaycan Ordusunun ilk hərbi birləşmələrindən biri – 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru yaradılıb. Bu taborun yaradıcıları Eldar və Allahverdi Bağırov qardaşları olublar. Eldar Bağırovun komandiri olduğu və 760 döyüşçüsü olan tabora “Vətən oğulları” adı verilib. Eldar Bağırov, həmçinin Azərbaycan Ali Sovetinin üzvü seçilib.

Lakin 1991-ci ildə E.Bağırov Bakıda olan Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Bundan sonra tabora Allahverdi Bağırov komandanlıq etməyə başlayıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində uğurlu hücum əməliyyatı keçirib. Qəhrəmanımızın komandanlığı altında 150 nəfər döyüşçü hücuma keçərək Əsgəran qalasına qədər irəliləyib, işğalçıların bütün canlı qüvvə və texnikasını məhv edib. Bu əməliyyat nəticəsində Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz müdafiə mövqeyi qurulub.

Cəmi iki saat çəkən hücum əməliyyatı zamanı Allahverdi Bağırov özü döyüşçülərin önündə olub. Bu əməliyyatdan sonra o “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il fevralın 26-da Xocalı hadisəsi baş verəndə Allahverdi Bağırovun taboru Xocalıdan qaçan əhalini xilas etmək üçün Qaraqaya istiqamətində hücuma keçib. Bu hücum nəticəsində yüzlərlə insan xilas edilərək Ağdama gətirilib.

Bağırovun erməni tərəfi, konkret olaraq Əsgəran batalyonunun komandiri, erməni polkovnik Vitali Balasanyanla danışıqlardan sonra üç gün ərzində 1 003 Xocalı sakini əsirlikdən azad edilib. Bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub. O, erməni əsirləri avtobusla gətirib sahiblərinə təhvil verib, qarşılığında alınan azərbaycanlı əsirləri və meyitləri Ağdama gətirib.

Bağırovun sözügedən fəaliyyəti “Fəryad” filmində obrazlı şəkildə işıqlandırılıb.

Allahverdi Bağırovun sonuncu ən böyük əməliyyatı 1992-ci il iyunun 12-də baş tutub. Bağırovun komandanlığı altında hücuma keçən Azərbaycan Ordusu Aranzəmin, Naxçıvanlı, Dehraz, Təkir, Mirikənd kəndlərini düşməndən təmizləyərək Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər nəzarətə götürülüb, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Aranzəmin kəndində gedən döyüşlərdə 100 erməni məhv edilib, düşmənin 10 döyüşçüsü əsir götürülüb.

Bu əməliyyatdan iki gün sonra iyunun 12-də təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanlıdan geri qayıdarkən minaya düşüb. Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhadətə ucalıb.

A.Bağırovun Bakıda Şəhidlər xiyabanında dəfni planlaşdırılsa da, sonradan Ağdamda qardaşı Eldarın yanında dəfn olunub. Azərbaycanın mərd övladı ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.

Allah müqəddəs məramda məkan tutmuş şəhidimizə rəhmət eləsin!

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Banner

Sabah 28 dərəcə isti olacaq

May 9, 2026
Manşet

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət edib

May 9, 2026
Siyasət

Prezident və xanımı Fəxri xiyabanda

May 9, 2026
Manşet

Prezident təsdiqlədi: Bu, ağır cinayət hesab olunacaq

May 8, 2026
Telekommunikasiya və nəqliyyat

Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq

May 8, 2026
Siyasət

Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi

May 8, 2026

XƏBƏR LENTİ

Sabah 28 dərəcə isti olacaq

09 May, 26 / 12:49

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət edib

09 May, 26 / 12:47

Prezident və xanımı Fəxri xiyabanda

09 May, 26 / 12:46

Lukaşenko İlham Əliyevi təbrik etdi

09 May, 26 / 12:44

Prezident təsdiqlədi: Bu, ağır cinayət hesab olunacaq

08 May, 26 / 20:39

ABŞ yüzə yaxın İran tankerini dayandırıb

08 May, 26 / 17:58

ABŞ İran dronuna qarşı yeni silahını sınaqdan keçirir

08 May, 26 / 17:56

Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq

08 May, 26 / 17:54

Prezident sərəncamı: Onlara birdəfəlik yardım ödənildi

08 May, 26 / 17:52

Bu qurumun maşınları da operativ nəqliyyat sayılacaq

08 May, 26 / 17:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.