Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması nəticəsində yaranan geosiyasi risklər və güclənən satış təzyiqi Bitcoin-in qiymətinin yenidən 70 min dollar həddindən aşağı düşməsinə səbəb olub.
Zefer.media bunu TRT Haber-ə istinadən bildirir.
CoinMarketCap analitik şirkətinin məlumatlarına görə, Bitcoin də daxil olmaqla, qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində təxminən 4,73% azalaraq 2 trilyon 320 milyard dollara geriləyib.
Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan Bitcoin son 24 saat ərzində təxminən 6% dəyər itirərək ötən ilin avqust ayından bəri ən aşağı səviyyəsinə düşüb.
Bakı vaxtı ilə saat 10:30-a olan məlumata görə, Bitcoin 69 191 dollardan ticarət olunub. Kriptovalyutanın son bir həftə ərzindəki dəyər itkisi isə 10%-ə yaxınlaşıb. Bitcoin 2025-ci ilin oktyabrında qeydə aldığı təxminən 126 min dollarlıq tarixi maksimumundan hazırda 45% aşağı səviyyədədir.
Bitcoin-in qiymətindəki eniş altkoin bazarına da mənfi təsir göstərib. Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan Ethereum təxminən 5% ucuzlaşaraq 1 942 dollar səviyyəsinə geriləyib.
Lalə Qurbanlı




