Bu gün BƏƏ Müdafiə Nazirliyindən ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan atıldığı bildirilən iki ballistik raketi və üç pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini bildirib.
Zefer.media xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında qeyd olunub.
Belə ki, hücum nəticəsində üç nəfər orta dərəcədə yaralanıb.
Açıqlamada ifadə edilib ki, həmin hadisə Fars körfəzində cümə axşamı axşamı baş verən hərbi gərginlikdən sonra qeydə alınıb. Nazirlik bildirib ki, BƏƏ Hərbi Hava Qüvvələri raket və dron təhdidlərinə qarşı səhər tezdən cavab tədbirləri görüb.
Zərintac Mayisqızı




