Cəmiyyət

BDU-nun qızları şantaj olunur

24 Fevral 2026, 13:563
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri şantaj olunur.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, tələbələrin fotoları onların “TikTok” profillərindən götürülərək əxlaqsız formada montaj edilib və saxta hesab vasitəsilə paylaşılıb.

İddialara görə, həmin paylaşımları təxminən 20-25 yaşlarında bir kişi edib. Tələbələr həmin videoların silinməsi üçün pul təklif etdikdə isə, söyləyib ki, o, bunları pul üçün etməyib. Bildirib ki, özü hüquq fakültəsinə qəbul olmaq istəyib, amma balı çatmayıb. Məhz buna görə də hüquq tələbələrinə qarşı qərəzi olub. (milli.az)

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600