Hadisə

Bakıda iş adamı HƏBS OLUNDU

23 Noyabr 2026, 10:572
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

Zefer.Media-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600