Cəmiyyət

Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

7 Sentyabr 2026, 11:402
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 7-də paytaxt ərazisində Transformator Məntəqəsində (TM), eləcə də Göyçay və Yevlaxda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Zefer.media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, 7-ci Sallaqxana, Tağı Şahbazi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçay Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 13:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Kövər kəndini də əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600