İdman

“Bəhlulun vəziyyəti yaxşı deyil” – Qurban Qurbanov

23 Fevral 2026, 20:333
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Bəhlul Mustafazadənin vəziyyəti qənaətbəxş deyil”.

Zefer.media oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl Yunayted” – “Qarabağ” oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bildirib ki, fevralın 18-də keçirilən “Qarabağ” – “Nyukasl Yunayted” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə yaxşı mövsüm keçirib, ancaq belə qarşılaşmalarda bu cür zədələr qaçınılmazdır.

Baş məşqçi transfer məsələsi barədə də danışıb:

“Hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Nyukasl Yunayted” oyunu 1:6 hesabı ilə bitib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600