• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.1° Weather Ashburn
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Təhsil

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

07 Oktyabr, 26 / 16:43
A A

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)” monoqrafiyası işıq üzü görüb.

 

Zefer.media AZƏRTAC-a istinadən xəbər verir ki, monoqrafiyanın rəyçisi və elmi redaktoru akademik Nərgiz Axundova, redaktoru Aynurə Kərimovadır. Tədqiqat əsərinin “Monqol dövrü tarixşünaslığının başlıca problemləri və təsviri” adlı birinci hissəsi tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, “Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət (XIII-XIV əsrlər)” adlı ikinci hissəsi professor Məryəm Seyidbəyli, “Monqol istilaları ərəfəsində və Elxanilər dövründə Azərbaycanda sosial-mənəvi həyat” adlı üçüncü hissəsi Elxan Quliyev, “Monqol imperiyası dövründə Azərbaycanda hüquq sistemi” adlı dördüncü hissəsi Zaur Məmmədov, “Monqol imperiyası dövrünün yazıları” adlı beşinci hissəsi Solmaz Namazova, “Monqol imperiyası dövründə İpək yolu və ticarət” adlı altıncı hissəsi Röya Mirzəbəyova, “Monqol istilaları dövründə Azərbaycanın ərəb və fars mənbələrində təsviri” adlı yeddinci hissəsi Novruz Nuriyev tərəfindən hazırlanıb.

 

Əsərdə Monqol imperiyası dövründə Azərbaycanda elm və mədəniyyət, hüquq sistemi, monqol istilaları dövründə mənəvi həyat, eləcə də digər mühüm tarixşünaslıq məsələləri geniş şəkildə araşdırılıb. Həmçinin XIII əsrdə Azərbaycanda baş verən etnik proseslər və dini görüşlər, Monqol imperiyası dövrünün yazıları, bu dövrün Azərbaycan iqtisadiyyatının tarixi vəziyyəti (Böyük İpək yolu və ticarət), habelə monqol istilalarına dair ərəb və farsdilli tarixi qaynaqların Azərbaycan tarixşünaslığındakı əhəmiyyəti də təhlil edilib. Monoqrafiyanın tərtibi zamanı orta əsrlər dövrü əlyazma qaynaqları və müxtəlif dillərdə mövcud olan qədim və müasir mənbələrdən geniş istifadə olunub.

Monoqrafiya Azərbaycan və Şərq tarixşünaslığı ilə məşğul olan mütəxəssislər və tarixin tədrisini həyata keçirən elmi müəssisələr tərəfindən elmi mənbə kimi istifadə oluna bilər.

Bənzər Xəbərlər

Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Təhsil

Bu universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq

Noyabr 4, 2026
Təhsil

Zaqatalada gənclərin iqtisadi maarifləndirilməsi istiqamətində tədbirlər keçirilib

Oktyabr 27, 2026
Təhsil

Azərbaycanlı alim Oksford Universitetinin mükafatına layiq görülüb

Oktyabr 22, 2026
Təhsil

Molekulyar Biologiya İnstitutunun əməkdaşının rəhbərlik etdiyi komanda hakatonda I yeri tutub

Oktyabr 22, 2026
Təhsil

Bakı Beynəlxalq Kitab Sərgisi: “Füzuli qəzəllərindən seçmələr” kitabı təqdim edilib

Oktyabr 22, 2026

XƏBƏR LENTİ

Los-Ancelesin meri hindistanəsilli siyasətçi olacaq

06 Noyabr, 26 / 18:03

Denis Şmıqal İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib

06 Noyabr, 26 / 17:42

Baş nazir yeni qərar imzaladı

06 Noyabr, 26 / 17:03

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06 Noyabr, 26 / 16:57

Rusiyanın Vladivostok şəhərində 21 mindən çox sakin istiliksiz qalıb

06 Noyabr, 26 / 16:44

Ukrayna PUA-ları Rusiyanın Taqanroq şəhərinə hücum edib

06 Noyabr, 26 / 16:37

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

06 Noyabr, 26 / 15:24

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

06 Noyabr, 26 / 13:03

Bakıda hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimi keçirilib - FOTOLAR

06 Noyabr, 26 / 11:55

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06 Noyabr, 26 / 11:29

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.