Cəmiyyət

Azərbaycanda bir neçə kəndin adı dəyişdirilə bilər

11 Mart 2026, 08:590
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Bu gün Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçiriləcək və Azərbaycanda bir neçə kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq”.

Zefer.media xəbər verir ki, bu barədə komissiyanın üzvü, Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov məlumat verib.

O bildirib ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil olunub.

Akademik qeyd edib ki, kəndlərin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif edilir.

N.Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı sabah iclasda qərar veriləcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600