Prezident cənab İlham Əliyevin siyasi iradəsi, diplomatik məharəti və strateji düşüncəsi Azərbaycanın beynəlxalq mövqeyini yeni mərhələyə yüksəldir. Bu gün Azərbaycan təkcə regionda deyil, formalaşmaqda olan yeni dünya düzənində də söz sahibi olan orta güc dövləti kimi özünü təsdiq edir.
8 avqust 2025-ci ildə Vaşinqtonda Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazın gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan hadisə oldu. Sözügedən proses regionda sülh, sabitlik, təhlükəsizlik və yeni iqtisadi-kommunikasiya imkanları üçün mühüm zəmin yaratdı.

Vaşinqton görüşündən bir il sonra Ermənistan Baş nazirinin Prezident İlham Əliyevə telefon zəngi və daha sonra Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində iki liderin üz-üzə görüşməsi Azərbaycanın ortaya qoyduğu siyasi xəttin və diplomatik təşəbbüslərin nəticəsidir.
Prezident İlham Əliyevin Qırğızıstana səfəri də Azərbaycanın artan beynəlxalq nüfuzunun və fəal xarici siyasətinin növbəti nümayişidir.

Azərbaycan artıq hadisələrin arxasınca gedən deyil, regionda və daha geniş coğrafiyada yeni reallıqların formalaşmasına təsir edən dövlətdir.
Güclü lider — güclü Azərbaycan!
Qarşıda daha böyük hədəflər, daha böyük uğurlar var!


Bəhruz Məmmədzadə

















