Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbəsini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb.
Zefer.media xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub.
Bu zaman bəzi hissələrdə nəqliyyat vasitələri dalğaların döydüyü sahillərədək irəliləyib.
Nəticədə bəzi sərnişinlər bu qeyri-adi halı sosial şəbəkələrdə paylaşıblar.




