• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Avropa Şurasının müvafiq platformasının Azərbaycana yanaşması qərəzlidir

11 Mart, 26 / 14:55
A A

Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatının Azərbaycanla bağlı hissələri qərəzlidir. Belə yanaşmanın “köhnə qitə”nin, ümumən dünyanın ayrı-ayrı institutları üçün adi hala çevrilməsi təəssüf doğrurur. Hesab edirəm ki, bu kimi hallar, ümumən, söz və ifadə azadlığı prinsiplərinə xələl gətirir, həmçinin, ali dəyərlərlə spekulyasiya mahiyyəti daşımaqla, mənfi presedent yaradır.

Birincisi, hiss olunur ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması Azərbaycanla bağlı hesabat hazırlayarkən, bir çox məqamlara diqqət yetirməyib. Sənəd müəlliflərinin gördükləri işə səthi münasibət göstərdikləri birmənalıdır. Belə təəssürat yaranır ki, kimlərsə əvvəlcədən qarşılarına Azərbaycanı ləkələmək məqsədi qoyub və sonra həmin məqsədi reallaşdırmaq üçün hesabat hazırlayıb.

İkincisi, Azərbaycan dövlətinin son illərdə apardığı media siyasəti mövcud məkanda həm saflaşmanı, həm də şəffaflaşmanı hədəf seçib. Bu hədəfə doğru atılan addımlar beynəlxalq təcrübədən qaynaqlanıb. Eyni zamanda, o da tam aydındır ki, medianın sağlamlaşması zərurəti Azərbaycan cəmiyyətinin sosial sifarişindən irəli gəlir. Yəni, islahatlar bu sifarişin icrasına adekvat yanaşmanın göstəricisidir. Sözügedən hesabatdan gəlinən qənaət isə budur ki, sanki reallaşdırılmış tədbirlərdə hansısa mürtəce xarakter və mahiyyət var. Bu cür kortəbii rəy təkcə Azərbaycanın deyil, ümumən dünyanın hazırda getdiyi media tənzimləməsi yolunu şübhələndirməkdir.

Üçüncüsü, kimsə Azərbaycan mediasında çətinliklərin olmadığını, hər şeyin qaydasında getdiyini iddia etmir. Problem də var, onların aradan qaldırılmasına yönələn iradə də. Ölkəmizdə aparılan media islahatlarının məğzində, bütövlükdə, Azərbaycanda söz və ifadə azadlığının, plüralist fikrin, bir növ, keşiyində dayanmaq əzmi də duyulur. Görünür, bu əzmimiz dünyada hansısa qüvvələri qane etmir. Bəlkə Azərbaycanın media mühitində anarxiya olmalı idi ki, bizdən razı qalsınlar? Görəsən, dünyanın harasında anarxik təmayüllər norma kimi qəbul olunur? Əlbəttə, suallarımız ritorikdir.

Azərbaycan Mətbuat Şurası Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatın Azərbaycanla bağlı hissələri ilə qətiyyən razılaşmırıq. Bu sayaq sənədlərin obyektivliyi əks etdirmədiyi düşüncəsindəyik. Yaxşı olar ki, özünü dünyada söz və ifadə azadlığının, plüralist fikrin qoruyucusu qismində göstərməyə çalışan təsisatlar üzərilərinə götürdükləri missiyanın əlahiddəliyinə adekvat davransınlar və nəzərə alsınlar ki, ali dəyərlərdən sui-istifadəni adiləşdirməklə, özlərinin mənəvi legitimliklərini şübhə altına alırlar. Belə şübhələrin formalaşdırdığı etimadsızlıq mühiti isə söz azadlığına etinasız yanaşanlara münbit zəmin yaradır, onlara xoşagəlməz əməllərini davam etdirmək üçün yeni fürsətlər qazandırır.

Rəşad Məcid,

Azərbaycan Mətbuat Şurasının sədri

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Siyasət

Səudiyyə Ərəbistanı nüvə dövləti ola bilər? - Səudiyyə ilə sazişin pərdəarxası

İyul 22, 2026
MEDİA

“Milli mətbuatın missiyası və müasir dövrün çağırışları” mövzusunda konfrans keçirildi

İyul 22, 2026
Manşet

“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

İyul 22, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.