Cəmiyyət

AMEA-dan Ramiz Mehdiyevin kadrı olduğu deyilən şəxslə bağlı AÇIQLAMA

24 Fevral 2026, 15:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Ramiz Mehdiyevin yaxın kadrı Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə gətirməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, iclasda bu məlumatın gizli saxlanması, yayılmaması tapşırılıb, həmçinin akademik İsa Həbibbəyli Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədliyə Aynur Günəşlinin tezliklə dissertasiya müdafiə etməsi üçün təcili tapşırıq verib. N.Məmmədli də İnstitutun Dissertasiya Şurasında 100-dən artıq dissertant və doktorantın növbədə gözləməsinə baxmayaraq, Aynur Günəşlini ilk sıraya daxil edib.

Zefer.media xəbər verir ki, pravda.az-ın əməkdaşı AMEA-nın Elm və Təhsil Şöbəsinin müdir müavini Vüsal Zülfüqarov ilə əlaqə saxlayıb.

O, məlumatı təsdiqləyib: “Bəli, Aynur Günəşli Elm və Təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Səsləndirilən digər iddialarla bağlı isə məlumatım yoxdur…”

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600