• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9784
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir

08 Sentyabr, 26 / 15:15
A A

Vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir.

Bu barədə Zefer.media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb.

Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi Qaydalara əsasən banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.

Vətəndaşlara FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini naməlum şəxslərə verməmək, biometrik məlumatlarını təhlükəsizliyini təmin etmək, SMS təsdiq kodlarını heç kimlə paylaşmamaq, telefona gələn bank bildirişlərini daim izləmək, mobil nömrəni dəyişdikdə bunu banka dərhal bildirmək, şübhəli zəng və mesajlara etibar etməmək, bank hesablarını mütəmadi yoxlamaq tövsiyə olunur.

Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının bu rayonlarında təbii artım azaldı – Statistika

Sentyabr 9, 2026
Cəmiyyət

Anar Bayramov direktor müavinini işdən çıxardı

Sentyabr 9, 2026
Cəmiyyət

Bağçalara növbəyə yazılma prosesi başlayır

Sentyabr 9, 2026
Cəmiyyət

Pensiya alanlara şad xəbər

Sentyabr 8, 2026
Cəmiyyət

Xaricdə iş vədi ilə dələduzluq edən şəxslə bağlı rəsmi açıqlama

Sentyabr 8, 2026
Cəmiyyət

TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Özgür Özəl Ərdoğana təzminat ödəyəcək

10 Sentyabr, 26 / 14:02

Ruslar Xarkov bölgəsində iki yaşayış məntəqəsini ələ keçirib

10 Sentyabr, 26 / 13:58

“NATO Rusiyanın Arktikadakı gizli silah əməliyyatının qarşısını alıb”

10 Sentyabr, 26 / 13:55

“Reuters”: “Pakistan İrandan husiləri cilovlamağı istəyib”

10 Sentyabr, 26 / 13:40

Trampdan İrana mesaj: “Azadlıq saatınız yaxınlaşır”

10 Sentyabr, 26 / 13:37

Prezident İlham Əliyev Qaradağda – FOTOLAR

10 Sentyabr, 26 / 12:27

Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərildi

10 Sentyabr, 26 / 12:24

Prezidentdən fərman

10 Sentyabr, 26 / 12:23

Almaniyada ultrasağçıların yüksəlişi, Ukrayna-Rusiya müharibəsi və yeni təhlükələr – ŞƏRH

09 Sentyabr, 26 / 18:58
Screenshot

Tünzalə Ağayeva “Çərpələng Festivalı”nda - Foto+Video 

09 Sentyabr, 26 / 14:04

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.