İran parlamentinin üzvü Həmid Rəsayi ABŞ Prezidenti Donald Trampın Türkiyədə qaldığı yerin raketlə vurulmasına çağırış edib.
Zefer.media xəbər verir ki,,Rəsayi sosial media hesabında yazıb:
“Donald Tramp NATO sammitində iştirak etmək üçün Türkiyəyə gəlib və əlimiz çatan yerdədir”.
Radikal “Sabitlik Cəbhəsi” partiyasının üzvü olan deputat paylaşımında, “Gəlin rəsmi olaraq və heç bir bəhanə gətirmədən onun Türkiyədəki qaldığı iqamətgahı raketlərlə hədəf alaq”, ifadəsini işlədib.
Habelə bu gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını düşündüyünü bildirib.
Ankarada jurnalistlərin ABŞ-İran atəşkəsinin davam edib-etmədiyi ilə bağlı sualını cavablandıran Tramp belə deyib:
“Bu, çox maraqlı bir sualdır. Düşünürəm ki, atəşkəs bitdi. Həqiqəti bilmək istəyirsinizsə, onlar (iranlılar) sadəcə bir dəstə zibildir”, – deyə, Tramp vurğulayıb.
Ağ Ev rəhbəri Ankarada NATO-nun baş katibi ilə görüşü zamanı da İran hakimiyyətini sərt tənqid edib.
Tramp vurğulayıb ki, Tehranla aparılan danışıqlarda razılıq əldə olunsa da, İran rəsmiləri sonradan bunu ictimaiyyət qarşısında inkar edirlər.
“Onlar yalançıdırlar. Biz razılığa gəlirik. Hamı razıdır. Nüvə silahı yoxdur. Biz razılığa gəlirik. Onlar çölə çıxırlar, mətbuatla danışırlar, deyirlər ki, biz bu barədə heç danışmamışıq. Onlarda nəsə problem var. Onlar axmaqdırlar”, – deyə o ifadə edib.
Zərintac Mayisqızı

















