Cəmiyyət

Qarabağ qazisi faciəvi şəkildə öldü – 18 əsgəri belə xilas edib…

25 Noyabr 2026, 15:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xəbər verildiyi kimi, Qarabağ müharibəsi iştirakçısı, Ağdərənin Umudlu kəndindən olan Məhəmməd Nağıyev faciəvi şəkildə ölüb.

Zefer.media xəbər verir ki, o, yaşadığı evin həyətindəki su quyusuna düşərək həyatını itirib.

mmmmmmmmmmmmmmmmmmmmmmmmmmzzzzzzzzzzzzzzz.jpg (150 KB)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonunun İsmayılbəyli kəndində bir nəfərin quyuya düşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində dərinliyi təxminən 17 metr olan su quyusundan bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məhəmməd Nağıyevin Qarabağ müharibəsi illərindəki xidmətləri barədə Qarabağ qazisi Rey Kərimoğlu Musavat.com-a danışıb.

rey-kerimoglu.jpg (42 KB)

O bildirib ki, Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsi zamanı Ağdərənin Umudlu kəndi istiqamətində döyüşən hərbçilərin xilas edilməsində mühüm rol oynayıb:

“Umudlu kəndində Müdafiə Nazirliyinin tapşırığı ilə yerli batalyonlar mövqelərini tərk etmişdi. Orada 18 əsgərimiz qalmışdı. Məhəmməd həmin 18 əsgərin dağlardan, dərələrdən, Murovdağ aşırımından keçərək çıxarılmasına kömək etmişdi. Həmin ərazini tanıyanlar bunun nə qədər çətin olduğunu bilirlər. Qış, şaxta, qar, boran şəraitində o, əsgərlərimizin oradan çıxarılmasında böyük xidmət göstərmişdi”.

Qarabağ qazisinin sözlərinə görə, Məhəmməd Nağıyev fiziki məhdudiyyətinə baxmayaraq, hərbi xidmətdə olub və Şirin Mirzəyev şəhid olana qədər onlarla birlikdə xidmət edib.

“Özü də əlil idi, bir ayağında axsaqlıq var idi. Buna baxmayaraq, orduda qaldı, xidmət etdi. Şirin Mirzəyev şəhid olana qədər bizimlə bir yerdə xidmət etdi. Ayağındakı problemə, əlilliyinə baxmayaraq, mübarizəsini davam etdirirdi. Allah rəhmət eləsin! Çox dəyərli oğlan idi. Gözəl ailəsi var idi”, – deyə Rey Kərimoğlu qeyd edib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600