İranın “Traktor” futbol klubunun qapıçısı Parsa Cəfəri Asiya Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində BƏƏ-nin “Əl-Vasl” komandası ilə keçirilən qarşılaşmada huşunu itirib.
Zefer. media “Tabnak”a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsinin sonlarında baş verib. 27 yaşlı qapıçı vəziyyətinə görə matçı davam etdirə bilməyib və 88-ci dəqiqədə əvəzlənib.
Bildirilir ki, Cəfəri paltardəyişmə otağında özünə gəlib. Daha sonra tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparılıb.
Qarşılaşma “Əl-Vasl”ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2026-cı ilin yayından “Traktor”un formasını geyinən Parsa Cəfəri indiyədək komandanın heyətində 7 oyunda meydana çıxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.




