Dünya

Trampa qarşı təhdid: Venesuela vətəndaşı saxlanılıb-FOTO

24 Noyabr 2026, 16:502
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları ABŞ Prezidenti Donald Trampın qətlinə çağırış edən materiallar yaydığına görə Venesuela vətəndaşını saxlayıblar.

Zefer.media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən bildirilib.

O, ABŞ prezidentinin öldürülməsinə çağırışlar və anarxist simvollarının əks olunduğu stikerlər paylayıb.

Qeyd edilib ki, Venesuela vətəndaşı 2016-cı ildə ABŞ-yə qeyri-qanuni daxil olub və bütün bu müddət ərzində ölkədə yaşayıb.

“O, ölkədə qanunsuz yaşamaqla təkcə qanunlarımızı pozmayıb, həm də ABŞ prezidentinin həyatını təhdid edib. Daxili Təhlükəsizlik Nazirliyi bu cür təhdidlərə dözməyəcək”, – deyə nazir Markueyn Mallin bildirib.

 

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600