Dünya

Məktəbin yeganə şagirdi Müəllimlər Gününü müəllimi ilə qeyd etdi – FOTO

24 Noyabr 2026, 16:402
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyənin Muş vilayətinin Korkut rayonunun Kıryaka kəndində yerləşən Türkan Akın Cerit İbtidai Məktəbində təhsil alan yeganə şagird, 2-ci sinif şagirdi Seyit Zekeriya Aydın atası ilə birlikdə aldığı tort və hədiyyə ilə müəllimi Gizem Uyanıkın Müəllimlər Gününü qeyd edib.Zefer.media TRT Haber-ə istinadla xəbər verir ki, rayon mərkəzindən 26 kilometr məsafədə yerləşən, 25 evdən ibarət Kıryaka kəndindəki Türkan Akın Cerit İbtidai Məktəbində çalışan müqaviləli müəllim Gizem Uyanık tədris ilinin əvvəlindən etibarən məktəbin yeganə şagirdi olan 2-ci sinif şagirdi Seyit Zekeriya Aydının təhsilini davam etdirir.Müəllimini Müəllimlər Günü münasibətilə təbrik etmək istəyən Aydın atası Mehmet Aydınla birlikdə aldığı tort və hədiyyə ilə müəlliminin bu özəl gününü qeyd edib.

Kəndə gələrək müəllim və şagirdin sevincinə şərik olan rayonun icra başçısı (kaymakam) Ahmet Sami Meram da Gizem Uyanıkı Müəllimlər Günü münasibətilə təbrik edərək ona gül dəstəsi və hədiyyə təqdim edib.

Rayonun icra başçısı Ahmet Sami Meram tədris ilinin əvvəlində məktəbə gələrək müəllim və şagirdlə görüşdüyünü bildirib.

Müəllimlər Günü münasibətilə yenidən Kıryaka kəndinə gəldiyini qeyd edən Meram belə danışıb:

” Müəllimimizi təbrik etməyə gəlmişik. Kəndimizdə cəmi bir şagirdimiz var. Müəllimimizi də Müəllimlər Günü münasibətilə təbrik edirəm. Bütün Türkiyədəki müəllimlərin Müəllimlər Gününü təbrik edirəm. Arzu edirik ki, Zekeriya kimi parlaq, dəyərli uşaqlar yetişdirməyə davam etsinlər. Onun sevincinə şərik olduq. Gələcək həyatında da uğurlar arzulayıram. Həm ailə həyatında, həm də iş həyatında xoşbəxt və firavan ömür sürsünlər”.

Müəllim Uyanık isə yeganə şagirdi Zekeriya ilə Müəllimlər Gününü qeyd etməyin sevincini yaşadıqlarını bildirib.

“Müəllimlər Günü bizim üçün sadəcə bayram deyil, həm də gördüyümüz peşənin nə qədər dəyərli olduğunu bir daha xatırladığımız çox xüsusi gündür”, – deyən Uyanık sözlərinə belə davam edib:

“Müəllimlik bir uşağın həyatına toxunmaq, onun gələcəyinə az da olsa töhfə vermək deməkdir. Bəzən keçdiyimiz bir dərs, söylədiyimiz bir söz və ya göstərdiyimiz diqqət şagirdimizin həyatında unudulmaz iz buraxa bilər. Buna görə də müəllimliyi çox dəyərli və böyük məsuliyyət tələb edən peşə hesab edirəm.

Bu il Müəllimlər Günü mənim üçün xüsusi məna daşıyır. Çünki Kıryaka kəndindəki yeganə şagirdimlə birlikdə tədris prosesimizi davam etdiririk. Sinifdə cəmi bir şagirdin olması müəllimlik sevgisini və təhsilin dəyərini heç bir şəkildə azaltmır. Əksinə, onun öyrəndiyi hər yeni məlumata və atdığı hər addıma şahid olmaq çox özəl və mənalıdır”.

Şagirdinin onu Müəllimlər Günü münasibətilə təbrik etməsinin və rayonun icra başçısı Meramın ziyarətinin onun üçün unudulmaz olduğunu bildirən Uyanık bütün müəllimləri Müəllimlər Günü münasibətilə təbrik edib.

Şagirdin atası Mehmet Aydın da oğlunun müəlliminə hədiyyə almaq istədiyini bildirərək, “Mən də tort və hədiyyə aldım. Müəllimimizə hədiyyəmizi və tortumuzu gətirdik”, – deyə danışıb.

Seyit Zekeriya Aydın isə məktəbin yeganə şagirdi olmaqdan xoşbəxt olduğunu bildirərək, “Bu gün Müəllimlər Günüdür. Atamla birlikdə müəllimimə hədiyyə aldıq. Müəllimimi çox sevirəm. Bütün müəllimlərin Müəllimlər Gününü təbrik edirəm”, – ifadələrini işlədib.

 

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600